"3 saniyədən çox nəfəs ala bilmirəm" - Peyvəndə qarşı çıxan adamın son sözləri

MARAQLI
16:41 08.10.2021
340
Peyvənd əleyhinə olan adam "Facebook"da canlı yayımdan sonra ölüb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında yaşayan Mike Jonesbatc koronavirus müalicəsi alarkən vəziyyətinin nə qədər pis olduğunu göstərmək üçün "facebook" hesabından canlı yayımlayıb.

O canlı yayımdan bir neçə saat sonra ölüb. Virusun onu öldürmək üzrə olduğunu, nəfəs ala bilmədiyini və insanlara peyvənd olunmağın vacib olduğu söyləyib.

Nəfəs aparatına qoşulan Mike nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Onu da qeyd edək ki, virusa yoluxmadan öncə Mike peyvəndə qarşı olub. Lakin yoluxduqdan sonra peyvənd olunmadığı üçün peşman olduğunu da etiraf edib.

Onun son sözləri bu olub:

"Yaxşı olar ki, hər kəs peyvəndlənsin. Əvvəldən peyvəndə qarşı olduğumu hər kəs bilir, amma bu virus məni öldürmək üzrədir. Ciyərlərimdə və ürəyimdə qan laxtaları var. Üç saniyədən çox nəfəs ala bilmirəm və nəfəsim kəsilir, eyni zamanda huşumu da itirirəm".
 
Ayşən

OXŞAR XƏBƏRLƏR