3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR

3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR
SOSİAL
13:12 06.11.2017
1209

8 ay əvvəl küçəyə atılan 3 azyaşlı uşaq barədə yeni xəbər var.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akiflinin Lent.az-a verdiyi məlumata görə, ana Xəyalə Kərimovadan uşaqların qəyyumluq hüququ alınıb.

V. Akifli bildirib ki, uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan uşaqların vəziyyəti isə yaxşıdır.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını atıb və başqası ilə qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları bu dəfə də nənəsi küçəyə atmışdı.

3 azyaşlı polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər.  Vasif Akifli bildirmişdi ki, Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV-i ilə birgə aparılan işin nəticəsi olaraq həm nənə, həm də ana sığıncağa dəvət olunub.

Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə, ataya 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri bir dəfə də olsa aliment ödəməyib, nə də gəlib uşaqları ilə maraqlanmayıb.

Ana vaxtilə nənəyə uşaqlarla bağlı etibarnamə verib. Həmin etibarnamə ilə uşaqlar nənənin öhdəliyinə keçib. Sonra ana öz uşaqlarını ataraq şəxsi həyatını yaşamağa gedib. 3 nəvəsini küçəyə atmış nənə öz əməlinə belə haqq qazandırıb ki, guya bu yolla o, öz qızını cəzalandırırmış. Uşaqları qisas məqsədilə çölə atıb. Qızına dəfələrlə evi tərk etməməsini, kiməsə qoşulub qaçmamasını desə də, qızı onu saymayıb. Buna görə də nənə azyaşlı uşaqları çölə atıb.

Vasif Akifli bildirmişdi ki, ana artıq uşaqları özü ilə aparmaq istəsə də uşaqlar ona verilməyəcək. Bunun üçün məhkəmə qərarı olmalıdır.

3 azyaşlı uşaqların atasına gəlincə, o, hələ də axtarışdadır. Gah Bakıda, gah Rusiyada olduğu deyilsə də, aylardır atadan xəbər yoxdur. O nəinki 3 balasına aliment ödəmir, hətta uşaqları ilə ümumiyyətlə, maraqlanmır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq