3 uşaq anası intihar etdi

3 uşaq anası intihar etdi
SOSİAL
15:18 30.03.2018
5129
Şəkidə qadın intihar edib.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Yaqub Süleymanov küçəsində baş verib.

Üç uşaq anası olan, 1985-ci il təvəllüdlü Səidə Əbdül qızı Əhmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. S. Əhmədovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.  

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR