3 uşaq anası "Miss Rusiya"nın qalibi oldu - FOTOLAR

3 uşaq anası "Miss Rusiya"nın qalibi oldu - FOTOLAR
MAQAZİN
17:22 12.08.2024
206
Moskvada evli qadınlar arasında keçirilən "Miss Rusiya 2024" ümumrusiya gözəllik müsabiqəsinin finalı baş tutub.
 
AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, yarışmanın qalibi Sankt-Peterburqdan olan çoxuşaqlı ana, iş qadını Lyudmila Rojneva olub.
 
40 yaşlı Lyudmila tacı əvvəlki titul sahibi Janna Specialın əlindən alıb.
 
Rojneva ilk dəfə deyil ki, belə tədbirlərdə iştirak edir. Keçən il o, "Xanım Sankt-Peterburq", həmçinin "Avtoladiya - 2023", "Xanım Bikini - 2023", "Xanım Aşpaz - 2023" müsabiqələrinin qalibi olub.
 
14 ildir ailəli olan Rojnevanın 3 övladı var.
 
Aysel

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR