Amerikalı Tomas əslində sözün əsl mənasında kişi də sayıla bilməz, çünki cinsin dəyişdirilməsi məqsədilə cərrahiyyə əməliyyatlarına məruz qalmış Tomas əvvəllər qadın olub.
10 il əvvəl Nensi ilə evlənmiş Tomas Biti üç uşaq atası və eyni zamanda, anasıdır. Çünki övladlarının hamısını arvadı yox, o doğub.İndisə Tomas arvadından boşanmağa hazırlaşır.
Eyni zamanda, Tomas hamilə olduğunu və 4-cü övladını dünyaya gətirəcəyini də söyləyib.
2003-cü ildə Nensi ilə evlənmiş Tomas 2008-ci ildə Ostini, sonra isə Censen və Syuzanı dünyaya gətirmişdi.
The Sunday Times-a verdiyi açıqlamasında Tomas Biti bildirib ki, Nensi ilə münasibətlərə son qoyub, Ember Nikolas adlı qadınla yaşamağa başlayıb.
15 il əvvəl cinsini dəyişdirmiş Tomas This Morning proqramında isə söyləyib: “Emberlə bəxtəvərik. Yeni övlad doğmaq fikrindəyəm. Ata kimi hamilə qalmaq mənə həzz verir”.
ABŞ-ın Arizona ştatında yaşayan Tomas boşanmaq üçün məhkəməyə müraciət edib.
//milli.az