Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir

Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir
MEDIA
10:44 13.04.2026
657

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən "Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.

 

Layihənin əsas məqsədi elm və təhsil mövzuları üzrə ixtisaslaşmış, sahəvi biliklərə malik media nümayəndələrinin bu istiqamətdə peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

 

Layihə çərçivəsində ölkə mediasında fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə ümumilikdə 10 interaktiv təlim sessiyasının keçirilməsi nəzərdə tutulur. Təlimlər qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunacaq.

 

Təlim sessiyaları zamanı aşağıdakı aktual mövzular üzrə təqdimat və müzakirələr aparılacaq:

•    Təhsilin iqtisadiyyatı 
•    Məktəbəqədər təhsil 
•    Ümumi təhsil sisteminin əsasları 
•    Tədrisin məzmunu və dərslik siyasəti 
•    Yerli və beynəlxalq təhsil qiymətləndirmələri
•    Ali təhsil və beynəlxalq reytinqlər 
•    Təhsildə rəqəmsallaşma 
•    Elmi islahatlar 
•    Təhsildə keyfiyyət təminatı 
•    Elmi-pedaqoji jurnalistika 

 

Təlimlərdə hazırda ölkə mediasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər. Maraqlanan şəxslər qeyd olunan mövzularla tanış olduqdan sonra xüsusi müraciət forması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatın ilkin mərhələsi 30 apreldə yekunlaşacaq.

 

Qeydiyyatdan keçmiş namizədlər arasından seçiləcək iştirakçılara təlimlərin vaxtı və məkanı barədə əvvəlcədən fərdi şəkildə məlumat veriləcək. Təlimlər may ayından başlayaraq ilboyu davam edəcək. 

 

Müraciət üçün keçid: https://forms.gle/ytEHbohpYncsVcBS7

 

Sual və təkliflər üçün elektron poçt: [email protected]

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
Bakıda oğurluq edən şəxslər saxlanıldı
15:23 31.07.2026
Bakıda oğurluq edən şəxslər saxlanıldı
Qadın sərnişinlər üçün ayrıca vaqon: Hansı ölkələr bu üsula üstünlük verir?
15:19 31.07.2026
Qadın sərnişinlər üçün ayrıca vaqon: Hansı ölkələr bu üsula üstünlük verir?
Rusiya - Ukrayna müharibəsi bitmir - Orada təhsil alan tələbələrimizin aqibəti necə olacaq?
15:12 31.07.2026
Rusiya - Ukrayna müharibəsi bitmir - Orada təhsil alan tələbələrimizin aqibəti necə olacaq?
Bakıda bu ərazidə yanğın başladı
14:40 31.07.2026
Bakıda bu ərazidə yanğın başladı