"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 15-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşdıqları matçdan (1:1) sonra mətbuat konfransı keçirilib.
AZXEBER.COM komanda.az-a istinadən bildirir ki, Ağdam təmsilçisinin çalışdırıcısı oyunu belə şərh edib:
- Maraqlı oyun alındı. Əsl derbi deyərdim. Hər iki komanda qalib gəlmək istəyirdi. Hər iki komandanın oyununu gözəlləşdirən azarkeşlər oldu. Futbolçularıma təşəkkür edirəm, layiqli mübarizə apardılar.
- Komanda çempionata nə dərəcə hazırdı?
- Çatışmazlıqlar var. Pis oyun göstərdiyimizi düşünmürəm.
- Fasilədən əvvəlki "Neftçi" ilə indiki arasında fərq varmı?
- Oyuna ciddi hazırlaşmışdılar. Dəyişdiklərini düşünmürəm.
- Bordin 1:1 hesabını uğurlu sayır, bəs siz necə?
- Qalib gəlmək istəyirdik. Qarşıda oyunlarımız var. 3 xallıq fərqi aradan qaldırmaq istəyirik. Daha da yaxşı olacağıq.
- Almeydanın oyunu sizi qane etdimi?
- Hər bir futbolçunun oyunundan razı qaldım.