3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
SOSİAL
11:15 04.11.2026
345
0:00 / 0:00
3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37 manat 58 qəpikdən 100 manata qaldırılır.

Qeyd edək ki, bu, 62 manat 42 qəpik artım deməkdir.
OXŞAR XƏBƏRLƏR