3 yaşlı uşaq avtobusun altında qaldı - FOTOLAR

MARAQLI
00:13 27.03.2013
2177

Londonda dəhşətli hadisə baş verib.

AZXEBER.COM-un məlumatına görə, güclü külək insan ölümünə səbəb olub.

Belə ki, 29 yaşlı Luis Uffindel evinin qapısını açarlamaq üçün bir neçə saniyəlik 3 yaşlı qızı Oliviyanın arabasını əlindən buraxıb. Bu zaman sürətli külək arabanı avtobusun altına itələyib. Ağır yaralanan qız anası və digər insanların yardımına baxmayaraq xəstəxanaya qaldırılan kimi keçinib. Hadisə ilə bağlı avtobusun 36 yaşlı sürücüsü nəzarətə alınıb.

Uşağın anası isə “O olmadan həyatıma necə davam edəcəyimi bilmirəm” deyərək kədərini bildirib.

OXŞAR XƏBƏRLƏR