3 yol polisi korrupsiya halına görə işdən qovulub

3 yol polisi korrupsiya halına görə işdən qovulub
MARAQLI
10:46 06.07.2011
2324
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. DYP əməkdaşlarının işdən çıxarılmasının səbəblərinə gəldikdə, E. Zahidov bildirib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bu ilin yanvarında Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq daxili işlər naziri, general polkovnik Ramil Usubovun göstərişi ilə icraya yönəldilib: «Bu sənəddə xidməti fəaliyyətdə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin daha da gücləndirilməsi haqda konkret tapşırıqlar var. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir».

2 LEYTENANT, 1 POLİS KAPİTANI İŞDƏN AZAD EDİLİB

Belə bir tədbir keçirilən zaman Oğuz rayonu ərazisində «Mercedes» markalı avtomaşın sürət həddini aşdığına görə həmin ərazidə xidmət aparan Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları - polis leytenantı Əli Quliyev və polis serjantı Pərviz Həsrətov tərəfindən saxlanılması müşahidə edilib. Pərviz Həsrətov sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə tədbir görülməməsi üçün danışıqlar apardıqdan sonra qayda pozuntusunu rəsmiləşdirmədən avtomaşını buraxıb. Həmin vaxt ora gələn DYPB-nin baş inspektoru, polis kapitanı Rövşən Əhmədov da qeyd edilənləri bilsə də, heç bir tədbir görməyib.

Ehsan Zahidov
Bununla əlaqədar aparılan xidməti təhqiqat zamanı Oğuz RPŞ-nin Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətləri tam sübut olunub. Daxili işlər naziri Ramil Usubovun iyulun 4-də imzaladığı əmrə əsasən, onların hər üçü tutduqları vəzifədən azad ediliblər.

E. Zahidov həmçinin bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər