30-50 yaş arası qadınlar arasıında ən çox rast gəlinən xəstəliklər açıqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istnadən xəbər verir ki, Ginekoloji Onkoloji Cərrahiyyə Mütəxəssisi Opr. Dr. Dağgez qadınlarda görülən uşaqlıq boynu xərçəngində erkən diaqnozun əhəmiyyətinə diqqət çəkib.
Uşaqlıq boynu xərçənginin müayinə oluna bilən və peyvəndi olan bir xəstəlik olduğunu ifadə edən Opr. Dr. Dağgez bu xəstəliyin 30-50 yaş arası qadınlarda daha çox çox rast gəlindiyini vurğulayıb.
Dağgez həmçinin qadınların müayinədən keçməsinin vacib olduğunu da bildirib:
"Uşaqlıq boynu xərçəngi dünyada qadınlarda ən çox görülən ginekoloji xərçəng növüdür. Bundan əlavə, qadınlarda görülən bütün xərçəng növləri arasında dördüncü sıradadır. Bu xəstəlik daha çox gənc qadınlarda görülə bilən bir xəstəlikdir".
Cərrah həmçinin bildirib ki, uşaqlıq boynu xərçənginin yaranmasına səbəb olan xəstəliyi də açıqlayıb:
"Son illərdə xüsusilə 30-44 yaş arası qadınlarda bu xəstəliyin ən çox bilinən səbəbi HPV virusudur. Dünyada HPV virusuna qarşı peyvənd hazırlanıb. Bu peyvənd bəzi ölkələrdə milli peyvənd proqramlarına daxil edilib. Xüsusilə qız və oğlanlar arasında 9-14 yaş bu virusa qarşı peyvənd oluna bilər. Bu şəkildə edildiyi zaman daha təsirli olur".
Günel