30 gün komada qalan gənc qadın həyata qayıtdı

30 gün komada qalan gənc qadın həyata qayıtdı
SOSİAL
13:52 26.12.2022
153
"Düz 30 gün koma vəziyyətində olan, məcazi formada desək, bədənində qırılmayan yer qalmayan gənc qadın çox uzun mücadilədən sonra həyata qayıtdı”.

AZXEBER.COM bildirir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Qeyd olunub ki, avtomobil qəzasından sonra yaralı özəl xəstəxanalardan birinə yerləşdirilib, amma xərcləri qarşılaya bilməyən ailə TƏBİB-ə müraciət edib. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan 28 yaşlı xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması müəyyən edilib.

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb.

"Xəstə 8 noyabrda yol-nəqliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəf qabırğalarının çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra, dekabrın 12-də xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”.

Xəstənin atası Rahib Hacıyevin sözlərinə görə, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib.

"Hadisə noyabr ayının 7-si axşam saatlarında baş verib. Bu barədə noyabrın 8-də bizə məlumat verildi və biz İsmayıllı rayonuna getdik. Təcili yardım maşını vasitəsi ilə qızımı özəl xəstəxanalardan birinə apardıq. İki gün özəl xəstəxanada müalicə edildi. Lakin müalicənin davam etməsi üçün pul çox lazım idi. Mən TƏBİB-ə müraciət etdim, qızımın müalicəsinin dövlət tibb müəssisələrində davam etdirilməsi üçün kömək istədim. Təcili yardım maşını ilə qızımı Kliniki Tibbi Mərkəzə köçürdülər. O qədər ağır vəziyyətdən onu həyata qaytarmağı bacardıqları üçün həkimlərə öz təşəkkürümü bildirirəm. Qızımın daha da yaxşı olub, ayağa qalxacağına inanıram”.

Məlumat üçün bildirək ki, gənc xanımın bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək