30 yaşlı kişi dənizdə batdı

30 yaşlı kişi dənizdə batdı
SOSİAL
22:41 02.07.2018
6124

Astarada bir nəfər dənizdə batıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Xəzər Abbasqulu oğlu Abbasov Xəzərin Astara rayonu ərazisində düşən hissəsində çimərkən boğulub.

X. Abbasovun suda boğulması ilə bağlı onunla birgə çimən dostu məlumat verib. Ətrafdakıların köməkliyi ilə meyit sudan çıxarılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR