30 yaşlı liderdən “dahi” yaradırlar

MARAQLI
11:00 09.01.2012
1676

Şimali Koreyalılar yaşı 30-dan kiçik olan liderlərindən “dahi” yaradırlar.

AZXEBER.COM-un məlumatına görə, özləri üçün bir “dahi” halına gətirdikləri köhnə liderləri Kim Yong İl-in ölümündən sonra günlərcə ağlayan Şimali Koreyalılar, indi də yeni liderlərini dahiləşdirmək istəyirlər.

Ötən gün ad gününü qeyd edən gənc lider Kim Yong Un üçün dövlət televiziyasında bir sənədli film hazırlanıb. Atası Kim Yong İl-in ölümündən əvvəl çəkilən filmdə, ölkənin yeni lideri və baş komandiri Kim Yong Un-un maraqlı görüntüləri göstərilib. Filmin bir hissəsində köhnə lider Kim Yong İl, oğulu üçün "Generalımız mənə bənzəyir. Bəzən onun güclü inancına və qərar vermə qabiliyyətinə heyran oluram" deyib.

Qeyd edək ki , Şimali Koreya hökuməti Kim Yong Un-un dəqiq olaraq doğum gününü bilmədiyindən , onun 28 ya da 29 yaşının olduğunu bildirib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR