300 mindən çox fələstinli Qəzza şəhərini tərk etdi

300 mindən çox fələstinli Qəzza şəhərini tərk etdi
DÜNYA
22:46 14.09.2025
261
İsrailin yerüstü hücumu gücləndirməzdən əvvəl elan etdiyi təxliyədən sonra 300 mindən çox sakin Qəzza şəhərini tərk edib.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd edilir ki, ümumilikdə şəhərdə təxminən 1 milyon adam yaşayır və təxliyə gözləniləndən daha yavaş gedir.

Qeyd edək ki, avqustun 20-də İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinə hücuma başlayıb. Əməliyyat "Gideon arabaları 2" adını alıb.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR