300 minlik evə cəmi 25 min manat təminat: Bakıda minlərlə ailəni düşündürən problem - VİDEO

300 minlik evə cəmi 25 min manat təminat: Bakıda minlərlə ailəni düşündürən problem - VİDEO
SOSİAL
00:23 13.04.2026
972
Bakıda mənzil və həyət evlərinin qiyməti sürətlə artsa da, icbari əmlak sığortası üzrə maksimal təminat məbləği illərdir eyni qalır.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda paytaxt üzrə bu rəqəm 25 min manatdır. Halbuki şəhərdə evlərin 100 min manatdan başlayan qiymətlərlə, hətta 200-300 min manat və daha baha satılması adi hala çevrilib. Bu fərq, xüsusilə, son aylarda baş verən leysan, subasma və digər hadisələrdən sonra daha çox diqqət çəkir. Çünki bahalı evə ciddi zərər dəyəndə vətəndaşın aldığı icbari sığorta ödənişi çox vaxt ziyanın yalnız kiçik hissəsini qarşılaya bilir.

Mövcud qaydalara əsasən, Bakı şəhərində icbari əmlak sığortası üzrə haqq 50 manat, təminat isə 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda təminat 20 min, digər şəhər və rayonlarda isə 15 min manat müəyyən edilib.

Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında qiymətlər dəyişdiyi halda, sığorta limitlərinin uzun müddət sabit qalması həm vətəndaşların marağını azaldır, həm də sığortanın rolunu zəiflədir. Yəni vətəndaş sığorta alır, amma böyük zərər zamanı gözlədiyi həcmdə kompensasiya ala bilmir.

Mütəxəssis Vüsal Bədəlov deyir ki, vətəndaş evinin tam dəyərinə yaxın təminat almaq istəyirsə, könüllü sığortaya üstünlük verməlidir.

Onun sözlərinə görə, vətəndaş təxminən 200 min manatlıq əmlakı üçün 200-300 manat civarında ödəniş etməklə evini könüllü sığortalada bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
18:39 15.09.2026
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
18:27 15.09.2026
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
18:13 15.09.2026
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
18:03 15.09.2026
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
17:46 15.09.2026
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE