İbrahim Tatlısəs reanimasiyadan çıxdı - FOTO

ŞOU-BİZNES
11:44 28.03.2011
1892
Həkimlər mətbuat üçün İbrahim Tatlısəsə bir neçə sual veriblər. İctimaiyyətə ismarış məqsədi daşıyan sual-cavabda müğənnidən özünü necə hiss etdiyini soruşublar. İbrahim Tatlısəsin cavabı isə “Superəm, super” olub. Xəstəxanaya düşəndən bəri pərəstişkarlarından zənglər və elektron məktublar gəldiyini deyən müğənni onlara minnətdarlığını da bildirib: “Sevənlərimin duasını gözləyirəm. Sevənlərimə də səmimi duyğularımı göndərirəm”.

İbrahim Tatlısəsin yeni yayılan fotolarında onun gülümsədiyi də diqqəti cəlb edir. Bu, onun səhhətinin yaxşılaşmağa doğru getdiyini göstərir.

 

02 

 

 

 

 

 

 

 

 

 

 

 

 

03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR