İdmançımız Bundesliqada uğura imza atıb

İDMAN
05:20 02.03.2011
2239

 

Azərbaycan qrossmeysteri Vüqar Həşimov Almaniya Bundesliqasında Bremen şəhərinin “Verder” şahmat klubunda çıxışlarını davam etdirir. ANS PRESS-in məlumatına görə, “Verder” klubu 11-ci turda “Katernberq” komandası ilə üz-üzə gəlib. Həmyerlimiz qara fiqurlarla belçikalı Vladimir Çuçelova qalib gəlib. 

Bununla da Vüqar Həşimov ardıcıl rusiyalı Yevgeni Nayer və hollandiyalı Aniş Giri, Almaniya təmsilçisi Danil Fridman üzərində qələbə qazanaraq Bundesliqada yüz faizlik nəticəyə imza atıb. 

Xatırladaq ki, ümumilikdə 16 klubun yarışdığı Bundesliqada mübarizəyə aprelin 10-da yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR