İki gözəlçənin saçyoldusu - FOTOSESSIYA

MARAQLI
17:48 02.02.2011
2073

İtaliyanın ən şəhvətli modellərindən biri sayılan Marika Fruşa reytinq və populyarlığının azalmasından əsla narahat deyil. Halbuki vaxt vardı ki, jurnalistlər ondan əl çəkməzdi. O zamanlar Marika İtaliya yığması və "Milan"ın forvardı Filippo İnzaqinin sevgilisi idi."Pippo"dan ayrılandan sonra  Marika televiziyada çalışmağa başlayıb.Dünən isə o, şam yeməyinə yollandığı restoranda qalmaqal salıb.Dostları Ketrin Devis, Antionio Sepe, Kristiano Anceluççi ilə birlikdə əylənən Marika birdən qonşu masadakı Ramona Çorleu adlı modelə sataşmağa başlayıb.İtaliyada "Bambola Ramona" kimi tanınan Çorleuya yaxınlaşan Marika deyib: "Elə bilirsən gözəlsən?! Güzgüdə özünə baxırsanmı, ay iyrənc məxluq?" Bu sözlərdən sonra iki gözəlçə saçyoldu davasına başlayıblar. // milli.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

{jcomments off}

OXŞAR XƏBƏRLƏR