Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı verib. Başsağlığı məktubunda deyilir: “Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, ABŞ-ın cənub ştatlarında baş verən qasırğada 300-dən çox insan ölüb.