AZXEBER.COM Day.Az-a istinadən bildirir ki, İ.Quliyeva onu "çörəyinin diz üstə olması"nda suçlayıb və S.Səmədovun toylarda tələbat duyulmayan müğənnilər arasında olduğunu deyib.
"Tədbirlərdən birində mənə yalvarıb dedi ki, onu "Toylar kralı" kimi təqdim edim. Mən də humanistlik edərək belə söylədim. Lakin bu adam sonradan mənə qarşı çox pis davrandı və onun üçün etdiklərimi qətiyyən qiymətləndirmədi. O, özunu unutdu və bilmədi ki, mənimlə belə rəftar etmək olmaz. Nəticəsi də budur ki, indi Səməd toylarda kimsəyə gərək deyil. Heç olmasa nə isə qazanmaq üçün hansısa tədbirə adının salınması hər yerdə dil tökür. İndi o, müğənni kimi sıfırdır. Bu adamı toya dəvət etmək üçün beş manat da verməzdim", - İlhamə Quliyeva deyib.