İ. Kazımova “Qafqazinfo”ya açıqlamasında seçilən iştirakçılara yalnız uğurlar arzulayıb: “Nigar və Eldara yalnız uğurlar arzulayıram. Bu Azərbaycanın adıdır. Özüm haqda isə “hələ hər şey qabaqdadır” deyə düşünürəm”.
Qeyd edək ki, İlqarə İbrahimova 1990-cı ildə Bakı şəhərində anadan olub. Müasir Təhsil Kompleksində təhsil alıb. Moskva Dövlət Universitetinin tələbəsidir. İlqarə Azərbaycanın sevilən müğənnisi, xalq artisti Aygün Kazımovanın yeganə qızıdır./// Qafqazinfo.az