İlqarənin şok videosunu yayanlar tapıldı (FOTO)

ŞOU-BİZNES
07:15 30.03.2011
4005
AZXEBER.COM portalının Trend Life informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Facebook sosial şəbəkəsində, YouTube internet saytında və bəzi Azərbaycan saytlarda qoyulan linklər Aygün xanımda təlaş yaratdı. Öz dinləyicilərinə həqiqəti çatdirmaq üçün Aygün Kazıimova bəzi açıqlamalar verib:  

"Mənim qızım, İlqarə İbrahimova İlqar qızı Heydar Əliyev adına müasir tədris kompleksin məzunudur. Məlumdur ki, keyfiyyətinə görə Azərbaycanda bundan yaxşı tədris müəssisəsi yoxdur. Həmin kompleks öz tələbələrini tətil zamanı əlavə tədris kursları ilə təmin edir. İnternetdə murdar şəkildə yayımlamış video əslində heçnə ilə əsaslanmır. Mən, hər şeydən əvvəl, əsl Azərbaycanlı Anayam və hamı bilir necə çətinliklərlə mən tək övladımı böyütmüşəm. Qoy hamı bilsin ki, kiminsə sifarişi ilə mənim adımı ləkələmək və qızımın təzə-təzə başlayan karyerasına son qoymaq məqsədi ilə yayımlamış video, əslində qızımın dörd il bundan əvvəl Londonda tətil müddəti Oksford universitetinin nəzdində olan məktəbdə tədris aldığı zaman çəkilmişdi. Qısacası, İlqarə tələbə yoldaşlarını səhər yeməyinə çağırmaq üçün otağa gəlmişdir, qalanları siz özünüz görmüsüz. 16 yaşlı İlqarə, hər hansı yetkinlik yaşına çatmamış bir qız kimi, özünə dost-qardaş bildiyi tələbə yoldaşların hərəkətlərini zarafat sanmışdı. Lakin bu planlaşdırılmış bir proyekt idi. Niyə bu video o zaman yox, məhz indi qızımın karyerasına təzə-təzə başladığı zaman çıxdı? Yaxşı insanlar gözəl çalışdılar.

Videonun müəllifi - Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanlı), və videodakı şəxs - Novruzzadə Nicat Şahin oğlu, necə deyərlər "Papanın gül balaları", və üçüncü şəxs, videoda üzü görünməyən - paralel sinifdən olan Əyyub.

Mənim xalqıma gecə müraciətimin məqsədim odur ki, istəyirəm Siz hər şeyin həqiqətdə necə olduğunu biləsiniz.
Mənə sadəcə çox maraqlı gəlir, görəsən bu hadisədən sonra valideynlər öz övladlarını ölkədan kənarda müəllimlərə və şagirdlərə etibar etməyə qoyacaqlar mı?
Mən onların valideynləri, ağsaqqalları və süjetin qəhrəmanları ilə qörüşmüşəm, və onlardan bir Ana kimi məsələnin sülh yolu ilə həl olunmasını, və onların YouTube-da nəinki yetkinlik yaşına çatmamış qızımdan, ümumiyyətlə Azərbaycanın bütün qız və analarından üzr istəmələrini istəmişəm. Lakin, onlar bunu ozünə sığışdıra bilməyəcəklərini söyləyiblər.

Mənim əzizlərim, qızımın yerində istənilən günahsız qız və hətta onların bacısı ya da anası ola bilərdi. Heç kəs belə biqeyrətlərdən sığortalanmayıb.

Mən bir valideyn kimi bütün valideynlərə müraciət edirəm: Siz mənim yerimdə olsanız nə edərdiniz???

Ardı var..." - Aygün Kazımova.

Sizin diqqətinizə İlqarənin sinif yoldaşlarının vinyetka şəkillərini təqdim edirik.

Birinci şəkildə - videonun müəllifi Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanlı).
İkinci şəkildə - Novruzzadə Nicat Şahin oğlu.

OXŞAR XƏBƏRLƏR