Facebook sosial şəbəkəsində, “YouTube”da və bəzi Azərbaycan saytlarında qoyulan linklər ciddi rezonans doğurub.
Məlum video ilə bağlı ortaya yeni məlumatlar çıxıb. AZXEBER.COM VAR.AZ-a istinadən xəbər verir ki, İlqarə İbrahimovanın videosunun müəllifi Orxan Daşqın Hacı-Daşqın oğlu xalq artisti Zeynəb Xanlarovanın bacısı nəvəsidir. Bu məlumatı Daşqınlar ailəsinin adını açıqlanmasını istəməyən yaxın dostu verib.
Hazırda 20 yaşı olan Orxan Daşqın 4 il əvvəl telekanallardan birində yayımlanan meyxana yarışmasında iştirak edən meyxanaçı Vahid Qədimə “VAZ 2107” markalı maşın və “qızıl nömrə” bağışlayıb. Hədiyyə canlı yayımda o vaxt 17 yaşı olan Orxan Daşqın tərəfindən təqdim olunub. Şou aləminə ciddi maraq göstərən gəncin video materialı yayımlamaqda hansı məqsəd güddüyü isə yəqin ki, məhkəmədə araşdırılacaq. Çünki xalq artisti Aygün Kazımova faktla bağlı məhkəməyə müraciət edib.
Orxan Daşqının xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu olduğunu özünü Türkan kənd sakini Murad Əliyev kimi təqdim edən oxucu da təsdiqləyib. Var.az-a məktub yazan oxucunun sözlərinə görə, gəncin atası Hacı Daşqın daş karxanasının sahibidir, kənddə çox tanınmış adamdır. Daşqın ailəsindən isə bu məsələyə aydınlıq gətirmək istəməyiblər.
Aygün Kazımova da qarşı tərəfin valideynləri ilə əlaqə saxladığını, lakin onların təkzib vermək niyyətində olmadığını mətbuata açıqlayıb.