İmamın arvadı ərini yağda bişirdi

MARAQLI
11:44 27.07.2011
2195

Əslən Malatyadan olan imam arvadı ilə zarafatlaşır, ona "təzə arvad alacağam" deyirmiş.

Bazar günü də imamın bibisi qızı İsmayılın telefonuna zəng vurur. İmamın oğlu Məhəmməd gələn zəngə cavab verərkən atasının evdə olmadığını deyir.

Bibiqızı da "Niyə yalan deyirsən, atan evdədir!" söyləyir.
Balaca Məhəmməd bu söhbəti anasına, xalasına və babasına danışır.

İmamın arvadı bu söhbətdən çox hirslənir, İsmayıl Öncəlin evə gətirmək istədiyi qadının elə bu bibiqızı olduğunu düşünür və qisas almaq qərarına gəlir.
O, bir qazanda yağ, bir qazanda da su qaynadır və ərini gözləyir.

Məsciddəki imam isə günorta namazından sonra evə qayıdanda arvad əvvəlcə onun üstünə qaynar yağ, sonra da qaynar su tökür.
Yağla suyun içində bişən imam bağıraraq çölə atılır. Atasını anasının əlindən almaq istəyən balaca Məhəmmədin də qolu yanır və o da qışqıraraq atasına qoşulur.

Səs-küyə gələn qonşuların çağırdığı təcili yardım maşını isə ata ilə balanı Diyarbəkir xəstəxanasına aparıb.

OXŞAR XƏBƏRLƏR