İnsan həyatı üçün təhlükə yaradan gündəlik istifadə etdiyimiz meyvə

MARAQLI
08:24 25.07.2011
1931

Əriyin 20-dən çox növü var. Ərik meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Tərkibində şəkərlər, müxtəlif turşular, pektin maddələri və vitaminlər var. Toxumlarında 45-58 faiz yağ və 25 faiz zülal var. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsinə, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Əriyin tərkibində bioloji aktiv maddələrin çoxluğu ilə bağlıdır.

Əriyin xarici görünüşü və yetişdiyini orqonoleptik göstəricilərə görə təyin etmək olar. Meyvələrin yığılması vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Qablaşdırılmadıqdan əvvəl əriklər növlərinə görə qruplaşdırılırmalıdır. Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və standartı və s. öz əksini tapmalıdır.

Yüksək qidalılığa malik ərik təzə-təzə yeyilməlidir. Həmçinin onu konservləşdirmək, ondan kompot, mürəbbə, cem, pavidla, pastila, şirə, şərab və likyor hazırlamaq və qurutmaq mümkündür. Təzə halda yetişmiş ərik həzm prosesini yaxşılaşdırır, susuzluğun qarşısını alır, bağırsaqları yumşaldır, dərini gözəlləşdirir. İnsanların gün ərzində ən azı 3-5 ərik istehlak etməyi tövsiyyə olunur.

Əriklər müxtəlif irilikdə, formada və rəngdə olur. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Təbii meyvələri iyun və iyulda yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakı zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.

Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır. Əriyin daşınması xüsusi taralarda həyata keçirilir.

Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,5ºC + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +5ºC +8ºC temperaturda saxlanıla bilər. Əriyi soyuducuda polietilen paketlərdə saxlamaq olar. Əriyin saxlanması zamanı nisbi rütubətliyi 90% olmağı məqsədəuyğundur.

Əriyin yetişməsinin müəyyən edilməsinin bir sıra üsulları vardır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR