İnsanlar nə üçün öpüşürlər?

MARAQLI
12:37 06.07.2011
2414
Öpüşə xüsusi gün həsr eləmək ingilislərin ağlına gəlib. On il bundan əvvəl isə BMT bu günü rəsmən təsdiqləyib. Bir çox şəhərlərdə bu gün müxtəlif öpüş müsabiqələri keçirilir və iştirakçılar hədiyyələrlə mükafatlandırılırlar.

İlk öpüş necə yarandı?

İnsanların əksəriyyəti iddia edir ki, ilk öpüşün müəllifləri məlum deyil. Elektrik enerjisi və ya telefondan fərqli olaraq, o icad olunmayıb. İlk dəfə dodaqlarını birləşdirənlərin və onu xarakter səslə müşayiət edərək sevgilsinin üzündə nəm iz qoyan adamın adı yaddaşlara həkk olunmayıb.



Ümumiyyətlə, heç bu vacib də deyil. Daha maraqlısı, öpüşün nədən doğmasıdır. Bu barədə alim-antropoloqlar müxtəlif rəylər söyləyirlər.

İnsanlar nə üçün öpüşürlər?

Əvvəla, bu, mədəniyyətdən gəlir. Demək olar, bütün dünyada insanlar romantik vəziyyətlərdə öpüşmək zərurəti hiss edirlər. Belə təəssürat yaranır ki, əks cinsin nümayəndələri öpüşə proqramlaşdırılıblar və elə yalnız bunu gözləyirlər. Əgər siz bunu anlasanız, həm aldığınız öpüşlər çox olacaq, həm də onlar sizə böyük həzz verəcək.

Bu proqram hər gün işləyir. İnsanlar ekranlarda öpüşən aktyorları görürlər, bir-birilərinə dostlarının kiminləsə öpüşməsi barədə xəbərlər verirlər, küçədə öpüşənləri görürlər. Məlum situasiyalarda öpüş zəruri və vacib komponent rolunu oynayır. Bu səbəbdən də romantik vəziyyətlərdə şüuraltında stereotip işə düşür və insanlarda dəfedilməz bir istək yaranır: bunu həqiqətən də, istəyib-istəmədiklərindən asılı olmayaraq onlar öpüşmək istəyirlər.


Ən məşhur öpüşənlər:

1990-cı ilin 15 sentyabrında Minnesota ştatında keçirilən festival zamanı amerikalı A.E.Volfram 8 saat ərzində 8001 nəfəri öpüb, başqa sözlə, hər 3,6 saniyədə partnyorunu dəyişib.

Ekranda ilk öpüş: 1896-cı il. Bu öpüşü Mey İrvin və Con C.Raye Tomas Edissonun “Öpüş” adlı 30 saniyəlik videoçarx vasitəsilə əbədiləşdirib.

Öpüşlərlə ən zəngin film: “Don Juan” (1926, Warner Bros). Burada 191 öpüş qeydə alınıb.

Kino tarixində ən uzun öpüş: “Sən indi ordudasan” filmində Recis Tumi və Ceyn Vaymen 185 saniyə ərzində öpüşüblər, bu lent əsərinin umumi vaxtının 4-faizinə bərabərdir.

OXŞAR XƏBƏRLƏR