"İnter" Rusiya çempionunu da darmadağın etdi

"İnter" Rusiya çempionunu da darmadağın etdi
İDMAN
14:46 21.01.2011
2285
Gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komandamız bu gün turnirin ilk yarımfinalında Rusiyanın “Zenit” klubunun əvəzedici heyətini darmadağın edib – 5:0. Bununla da “İnter” tarixində ilk dəfə finala yüksəlib, Sankt-Peterburq klubu yarışın keçirildiyi doğma şəhərlərində yerli publikanı çox məyus edib. “Bankirlər” bundan əvvəl Moskvada qatıldıqları “Birlik kuboku”nda məhz yarımfinalda mübarizəni dayandıraraq, Qazaxıstanın “Aktobe” klubuna uduzmuşdu.
Bu, hələ ki yüz faizli nəticə göstərən, qol buraxmayan yeganə komanda olan “İnter”in turnirdə ən böyük hesablı qələbəsidir. “Zenit”lə oyunda het-trik edən latviyalı hücumçu Girts Karlson 6 qolla “Birlik kuboku”nun bombardiridir.

“İnter”in yanvarın 23-də Bakı vaxtilə saat 16:00-da finalda rəqibi bu gün “Skonto” (Latviya) – “Şaxtyor” (Belarus) oyununda bilinəcək.


“Birlik kuboku”
1/2 final

18:00. “İNTER” (AZƏRBAYCAN) – “ZENİT” (RUSİYA) - 5:0
QOLLAR: Karlson, 2, 15, 53, Zlatinov, 7, Əmiraslanov, 68

 

OXŞAR XƏBƏRLƏR