"İrəli" "Mənim Azərbaycanım" fotomüsabiqəsinə start verir

GƏNCLİK
09:05 03.06.2011
2136
Layihə müəyyən olunmuş mövzular üzrə foto işlərinin müsabiqəsini özündə əks etdirir. 
"Mənim Azərbaycanım" fotomüsabiqəsi

Keçirilmə müddəti:
• Elanın verilməsi və işlərin toplanılması – 6-13 iyun
• Səsvermənin keçirilməsi – 14-26 iyun
• Qaliblərin elan olunması, mükafatların təqdimatı – 27 iyun

Müsabiqənin ilk mövzusu
1. Müsabiqəyə təqdim edilən fotolar Azərbaycanı tərənnüm edəcək işlər olmalıdır.

Mükafat fondu:
1. Müsabiqənin qalibi - Apple iPad
2. II yerin sahibi - BlackBerry smartfonu
3. III yerin sahibi - Sony CyberShot fotokamerası
Müsabiqənin şərtləri və qaydaları:
• Müsabiqə "İRƏLİ" İctimai Birliyinin rəsmi Facebook səhifəsində keçiriləcəkdir.
• Hər iştirakçı hər mövzu üzrə müsabiqəyə yalnız 1 foto ilə qatıla bilər ( 3 mövzu üzrə cəmi 3 foto )
• Hər iştirakçının hər mövzu üzrə yalnız 1 hədiyyə qazanmaq şansı var.
• Müsabiqədə iştirak üçün təşkilatçılar tərəfindən müəyyən edilmiş zaman müddətinda aşağıdakı məlumatlar “FotoArt” başlığı altında [email protected]/* */ ünvanına göndərilməlidir:
1. İştirakçının ad və soyadı
2. Fotoşəkil (.jpg formatında, hi-res)
3. Fotoşəkilin adı və qısa şərh
4. Əlaqə vasitələri (tel, e-mail, facebook account)
5. Şəxsiyyətini təqdiq edən sənədin seriya nömrəsi
• İştirakçıların müraciəti təşkilat komitəsi tərəfindən nəzərdən keçirildikdən sonra müsabiqəyə buraxıla və ya müsabiqədən kənarlaşdırıla bilər.
• Müsabiqəyə təqdim olunan işlərin müsabiqəyə start verilənə qədər müsabiqənin nəticələrinə təsir edə biləcək formada təbliği və reklamı qadağandır.
• Səsvermə müddəti boyunca iştirakçılar öz işlərinin sosial şəbəkə və internet resurslarında təbliğ olunmasında tam sərbəstdirlər.
• Müsabiqə müddətində azad rəqabət qaydalarının pozulması və bu kimi neqativ hallar aşkarlandığı zaman həmin iştirakçınını işləri heç bir xəbərdarlıq edilmədən müsabiqədən kənarlaşdırılacaq.
• Qaliblər hər bir mövzu üzrə Facebook istifadəçiləri tərəfindən edilən “like” sayına görə müəyyən olunacaq.
• Bu yarışma və təbliğat hər hansı şəkildə Facebook tərəfindən sponsorluq və idarə edilmir.
• Hər hansı fikir ayrılığı zamanı təşkilatçılar son qərarı vermək haqqını özlərində saxlayırlar.
• Müsabiqədə fotoqrafiyaya marağı olan hər kəs iştirak edə bilər.
Bütün iştirakçılara uğurlar arzu edirik.

Müsabiqə barədə yenilikləri rəsmi Facebook səhifəmiz və Twitter hesabımızdan izləyə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR