"İrəli" "Mənim Azərbaycanım" fotomüsabiqəsinə start verir
GƏNCLİK
09:05 03.06.2011
2137
Layihə müəyyən olunmuş mövzular üzrə foto işlərinin müsabiqəsini özündə əks etdirir. "Mənim Azərbaycanım" fotomüsabiqəsi
Keçirilmə müddəti: • Elanın verilməsi və işlərin toplanılması – 6-13 iyun • Səsvermənin keçirilməsi – 14-26 iyun • Qaliblərin elan olunması, mükafatların təqdimatı – 27 iyun
Müsabiqənin ilk mövzusu 1. Müsabiqəyə təqdim edilən fotolar Azərbaycanı tərənnüm edəcək işlər olmalıdır.
Mükafat fondu: 1. Müsabiqənin qalibi - Apple iPad 2. II yerin sahibi - BlackBerry smartfonu 3. III yerin sahibi - Sony CyberShot fotokamerası Müsabiqənin şərtləri və qaydaları: • Müsabiqə "İRƏLİ" İctimai Birliyinin rəsmi Facebook səhifəsində keçiriləcəkdir. • Hər iştirakçı hər mövzu üzrə müsabiqəyə yalnız 1 foto ilə qatıla bilər ( 3 mövzu üzrə cəmi 3 foto ) • Hər iştirakçının hər mövzu üzrə yalnız 1 hədiyyə qazanmaq şansı var. • Müsabiqədə iştirak üçün təşkilatçılar tərəfindən müəyyən edilmiş zaman müddətinda aşağıdakı məlumatlar “FotoArt” başlığı altında [email protected]/* */ ünvanına göndərilməlidir: 1. İştirakçının ad və soyadı 2. Fotoşəkil (.jpg formatında, hi-res) 3. Fotoşəkilin adı və qısa şərh 4. Əlaqə vasitələri (tel, e-mail, facebook account) 5. Şəxsiyyətini təqdiq edən sənədin seriya nömrəsi • İştirakçıların müraciəti təşkilat komitəsi tərəfindən nəzərdən keçirildikdən sonra müsabiqəyə buraxıla və ya müsabiqədən kənarlaşdırıla bilər. • Müsabiqəyə təqdim olunan işlərin müsabiqəyə start verilənə qədər müsabiqənin nəticələrinə təsir edə biləcək formada təbliği və reklamı qadağandır. • Səsvermə müddəti boyunca iştirakçılar öz işlərinin sosial şəbəkə və internet resurslarında təbliğ olunmasında tam sərbəstdirlər. • Müsabiqə müddətində azad rəqabət qaydalarının pozulması və bu kimi neqativ hallar aşkarlandığı zaman həmin iştirakçınını işləri heç bir xəbərdarlıq edilmədən müsabiqədən kənarlaşdırılacaq. • Qaliblər hər bir mövzu üzrə Facebook istifadəçiləri tərəfindən edilən “like” sayına görə müəyyən olunacaq. • Bu yarışma və təbliğat hər hansı şəkildə Facebook tərəfindən sponsorluq və idarə edilmir. • Hər hansı fikir ayrılığı zamanı təşkilatçılar son qərarı vermək haqqını özlərində saxlayırlar. • Müsabiqədə fotoqrafiyaya marağı olan hər kəs iştirak edə bilər. Bütün iştirakçılara uğurlar arzu edirik.
Müsabiqə barədə yenilikləri rəsmi Facebook səhifəmiz və Twitter hesabımızdan izləyə bilərsiniz.