"İrəli" Media Akademiyası sabah başlayır

GƏNCLİK
07:48 04.06.2011
2695

AZXEBER.COM-un məlumatına görə, akademiyada dərslər 5 iyun saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Media akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

“Media Akademiya - 2” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının aşağıdakı nüfuzlu tədris müəssisələrinin professor və müəllim heyətilə sistematik olaraq, interaktiv mühazirə və treninqlərin keçirilməsinə dair razılıq əldə olunub. Kursa qəbul olunan tələbələr 3 ay müddətində dünyaşöhrətli müəllimlərdən dərs almaq imkanına malik olacaq.

Xatırladaq ki, “Media Akademiya-1” layihəsi 2010-cu il iyun ayından noyabra qədər davam edib. Kursda 35 tələbə iştirak edib, ən yüksək nəticə göstərmiş 5 tələbə isə fərqlənmə diplomu ilə mükafatlandırılıb. Kurs müddətində Azərbaycan mətbuatının ən tanınmış simaları, siyasətçilər, idmançılar, mədəniyyət və incəsənət xadimləri gənc jurnalistlərlə görüşüb, onlarla təcrübələrini bölüşüb.

 

OXŞAR XƏBƏRLƏR