İsa Qəmbər və Əli Kərimli Ayaz Mütəllibovla görüşüblər(FOTO)

İsa Qəmbər və Əli Kərimli Ayaz Mütəllibovla görüşüblər(FOTO)
13:01 09.08.2011
2099

İsa Qəmbər eks-prezidentə “son qəmin olsun. Əgər Bakıda qalası olsan, inşallah nəvələrinin toyuna gələk” deyib. 
Daha sonra İsa Qəmbər və Əli Kərimli ziyarətçilər üçün ayrılmış yerlərdə oturublar.

Qeyd edək ki, dəfn mərasimində digər tanınmış simalardan A.Mütəllibovun sabiq tərəfdarları Hacı Əbdül, Şeyx Əbdül Mahmudbəyov, jurnalist Eynulla Fətullayev də iştirak edir.

Bundan başqa, mərasimdə A.Mütəllibovun prezidentliyi dövründə baş nazir olmuş Rəhim Hüseynov, sabiq dövlət katibi Midhət Abbasov da iştirak edirlər. 

Mərhumla vida mərasimi saat 14.30-da yekunlaşacaq. Azad Mütəllibov Yasamal qəbiristanlığında, babasının yanında torpağa tapşırılacaq.

49 yaşlı Azad Mütəllibov dünən xərçəng xəstəliyindən vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün ötən axşam Moskva-Bakı reysi ilə Azərbaycana gəlib. ASDP həmsədri Araz Əlizadə Ayaz Mütəllibovun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verildiyini deyib.

//modern.az

OXŞAR XƏBƏRLƏR