Mən hərdən bunların məşqlərinə gedib baxıram. Məşq bitən kimi hamısı qaçırlar soyunub-geyinmə otağına. Amma biz belə etmirdik. Biz məşqdən sonra da meydanda qalıb məşq edirdik. Mənim ürəyim ağrıyır ona görə bunu deyirəm. Axı bizdə futbol olub. Futbola dövlət səviyyəsində qayğı var. Belə olan halda biz niyə yaxşı oynamamalıyıq axı?"
AZXEBER.COM məlumatına görə, bu sözləri “İrəli” İctimai Birliyində gənclərlə görüşündə Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının rəhbəri İsgəndər Cavadov deyib.
p.s. İsgəndər Cavadov AZXEBER.COM portalına geniş müsahibə verib. Müsahibə bir neçə saatdan sonra portalımızda olacaq. Bizi izləyin.