İslam Partiyasının sədri: "Hicab məsələsində güzəşt yoxdur"

MARAQLI
11:49 27.07.2011
1881
Həmçinin ölkə prezidentinə müraciətimiz olub. Sonuncu dəfə bir daha meriyaya aksiya ilə bağlı məktub göndərdik. Ancaq bu cəhdlərimizin heç biri baş tutmayıb. Baş Məclisdə müzakirələrdən sonra ümumi qərar belə oldu ki, həbs olunan və hazırda məhkəməsi keçirilən şəxslərin prosesinin nəticəsini gözləyək və ona uyğun addım atarıq. İndi biz gözləmə mövqeyindəyik və məhkəmə prosesini ciddi izləyirik”.

Elçin Manafovun sözlərinə görə, onları müəyyən qüvvələr məcbur edirlər ki, meydana çıxsınlar: “Əslində sabitliyi pozanlar göz qabağındadır. Biz sivil yollara əl atırıq ki, məsələyə aydınlıq gətirilsin və bilinsin ki, bu prosesdə günahkar deyilik. Bu günə qədər başımızı aşağı salıb ibadətlə məşğul idik. Hicab problemini ortaya atdılar. Elə məqama toxunurlar ki, burada güzəştə yer yoxdur. Bundan öncə məscidlər problemini qaldırmışdılar. Ancaq bu məsələ birtəhər yoluna qoyuldu. Hələ o vaxt bəhanə var idi ki, məscid qanunsuz tikilib, sənədi yoxdur və s. Hicab məsələsini ortaya atanda bildilər ki, burada güzəşt olmayacaq. Yənu bu bilərəkdən quraşdırılan süni problemdir ki, onu dindarlara qarşı yaradırlar. Məqsədləri də dindarları küçələrə tökməkdir. Yəni ölkədə sabitliyi pozmaq kimlərəsə maraqlıdır”.

/// xeber44

OXŞAR XƏBƏRLƏR