İtaliya çempionatı: “İnter” “Bolonya”nı darmadağın etdi (VİDEO)

İtaliya çempionatı: “İnter” “Bolonya”nı darmadağın etdi (VİDEO)
İDMAN
09:43 16.01.2011
2447

“İnter” klubu futbol üzrə İtaliya çempionatı çərçivəsində “Bolonya”ya qalib gəlib. 

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı inamlı qələbə qazanıb. Oyunda hesabı 20-ci dəqiqədə Deyan Stankoviç açıb. İkinci qola Diyeqo Milito 30-cü dəqiqədə imza atıb. Daha iki qolu isə Samuel Eto 63-cü və 72-ci dəqiqələrdə vurub. “Bolonya”nın təsəlli qolu isə 77-ci dəqiqədə Damian Ximenesin ayağına yazılıb.

“İnter” 18 oyundan 32 xal toplayıb və turnir cədvəlində dördüncü yeri tutur. “Bolonya” isə 20 oyundan 22 xal toplayıb və 15-ci pillədədir.

 

OXŞAR XƏBƏRLƏR