31 il sonra meyitinin qalıqları tapılan şəhidin həyat yoldaşı: “Bizim ailə üçün ən böyük hədiyyə oldu”

31 il sonra meyitinin qalıqları tapılan şəhidin həyat yoldaşı: “Bizim ailə üçün ən böyük hədiyyə oldu”
SOSİAL
14:08 04.10.2023
285
"Yoldaşım Veysəlin meyit qalıqlarının tapılması xəbəri qızımın ad gününə təsadüf etdi və bu, bizim ailə üçün ən böyük hədiyyə oldu”.

"Report” xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşən, 31 ildən sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan Veysəl Qasımovun həyat yoldaşı Mərziyyə Qasımova deyib.

Onun sözlərinə görə, V.Qasımov Milli Qəhrəman Riad Əhmədovun ən sevimli döyüşçüsü olub və onunla da birgə itkin düşüb:

"İki azyaşlı uşağımızı mənə əmanət edib döyüşlərə könüllü şəkildə qatıldı. Həyat yoldaşım Veysəl Qasımov çox mərd, vətəninə, ailəsinə bağlı bir vətəndaş idi. Milli Qəhrəman Riad Əhmədova söz vermişdi ki, ya onunla birgə şəhid olacaq, ya da onunla birgə geri dönəcək. Dönüşləri belə oldu... Veysəl ailənin yeganə övladı idi. O, eyni zamanda peşəkar idmançı idi. Sevinirik ki, bizim də digər şəhid ailələri kimi ziyarət etməyə məzarımız olacaq. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.
Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və orada itkin düşüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
23:39 30.03.2026
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
23:21 30.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
23:08 30.03.2026
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
22:56 30.03.2026
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
22:50 30.03.2026
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
22:43 30.03.2026
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır