31 yaşında vida: Samuel Umtiti karyerasını bitirdi

31 yaşında vida: Samuel Umtiti karyerasını bitirdi
İDMAN
21:31 15.09.2025
153
Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti futbolçu karyerasını başa vurub.

AZXEBER.COM xəbər verir ki, 31 yaşlı oyunçu qərarını sosial şəbəkə hesabından açıqlayıb.

2018-ci ildə Fransa yığması ilə dünya çempionu olan Umtiti paylaşımında bütün çıxış etdiyi klublara, məşqçilərə və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, müdafiəçi karyerası ərzində "Lion”, "Barselona”, "Lill” və "Leççe” kimi komandaların formasını geyinib.
OXŞAR XƏBƏRLƏR