31 yaşlı kişi 91 yaşlı qadınla evləndi - FOTO

MARAQLI
14:20 06.06.2014
7526
Şəhər küçələrində bu kişi və qadını görənlər nənə ilə nəvənin gəzintiyə çıxdığını düşünürlər. Lakin belə deyil.
ABŞ-ın Pensilvaniya ştatındakı Pittsburq şəhərində yaşayan 31 yaşlı Kayl Cons 91 yaşlı Marcori MakKulla evlənib.
Kaylın dediyinə görə, xanımı özündən 60 yaş böyük olsa da, heç bir narahatlıq hiss etmir.
Şirkətlərdən birinin texniki dəstək departamentində çalışan Kayl Cons danışır: "18 yaşım olanda 50 yaşlı qadınla tanış olmuşdum. O vaxtdan bəri yalnız özümdən yaşca böyük qadınlarla təmaslar qururdum. Bunun üçün tanışlıq saytlarından yararlanırdım. Əsasən də 60-80 yaşlı qadınları seçirdim. Belə qadınlar məni əvvəlcə çox gənc adlandırır, fikir vermirlər. Lakin sonradan əlaqələrimiz möhkəmlənirdi. Burada qəribə nə var ki?! Bəzi kişilər sarışın, bəziləri də qarasaçlı qadınları sevirlər. Mən isə qoca qadınlardan həzz alıram".
91 yaşlı Marcori ilə tanış olandan sonra Kayl ona vurulub, bu yaxınlarda isə yaşlı xanım ilə ailə qurub.
Marcori də həyatından razıdır: "37 il əvvəl ərimdən boşanmışam. 6 övladım var. Qəflətən anladım ki, yeni həyatım var. Əvvəllər Kaylı başqa qadınlara qısqanırdım. Lakin o, həmişə yanıma qayıdır və buna görə artıq narahat deyiləm".
Kaylın anası Sesiliya Con Klark özündən 41 yaş böyük "gəlin"i ilə normal ünsiyyətdə olduğunu vurğulayıb.(milli.az)
OXŞAR XƏBƏRLƏR