32 yaşlı qadın qolunu doğradı

SOSİAL
15:42 29.07.2016
2300
Bakının Xəzər rayonunda 32 yaşlı qadın intihara cəhd edib.
Hadisə Buzovna qəsəbəsi L.Bədəlbəyli küçəsi ev 17 ünvanında qeydə alınıb.
Orada yaşayan 1984-cü il təvəllüdlü Ə. R. intihar etmək məqsədilə özünün qol nahiyəsinə bıçaqla xəsarət yetirib.
Ə.R. 14 saylı birləşmiş şəhər xəstəxanasında tibbi yardım alır.
Faktla bağlı araşdırma aparılır.
Report.az
OXŞAR XƏBƏRLƏR