33 min işçi tətil elan etmişdi - Tanınmış şirkət onlarla razılaşmır

33 min işçi tətil elan etmişdi - Tanınmış şirkət onlarla razılaşmır
DÜNYA
12:18 08.10.2024
198
ABŞ-nin tanınmış "Boeing" aviaşirkəti 33 min işçinin iştirak etdiyi tətilə son qoymaq üçün onlarla bir masa arxasına əyləşib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkəti təmsil edən ən böyük həmkarlar ittifaqı olan Maşinistlər və Aerokosmik İşçilərin Beynəlxalq Assosiasiyasının (IAM) üzvləri 25 gündür tətil edirlər.

"Biz bütün gün Boeing və federal vasitəçilər ilə görüşdük, lakin heç bir irəliləyiş əldə etmədik. Sabah yenidən görüşəcəyik", - deyə IAM şirkəti bazar ertəsi axşam yaydığı bəyanatda bildirib.

"Boeing" şirkəti də danışıqların bu gün davam etdiriləcəyini təsdiqləyib.
 
Qeyd edək ki, Həmkarlar ittifaqı dörd il ərzində əmək haqqının 40% artırılmasını və on il əvvəl müqavilədə ləğv edilmiş əməkhaqqına əsaslanan pensiya sxeminin yenidən tətbiqini tələb edir.

Ötən ay "Boeing" şirkəti işçilərə 30% maaş artımı və bonuslarının yenidən tətbiqi daxil olmaqla təkmilləşdirilmiş təklif təqdim edib.
 
Bununla belə, birlik üzvləri arasında aparılan sorğunun bu təklifin yetərli olmadığını göstərdiyini bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR