33 rayonun pulu kəsildi, hərbi büdcə 1 milyarda endirildi - Azərbaycanda "kəmərsıxma" dönəmi başladı

33 rayonun pulu kəsildi, hərbi büdcə 1 milyarda endirildi - Azərbaycanda "kəmərsıxma" dönəmi başladı
SİYASƏT
15:00 29.09.2016
3277
 
Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunmaq üçün Milli Məclisə təqdim olunub.

Layihəyə əsasən gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 15,955 milyard  manat, xərcləri isə 16,6 milyard manat təşkil edəcək. Beləliklə, gələn ilin dövlət büdcəsində 645 mln. manatlıq və yaxud xərclərin təxminən 4%-i qədər kəsir nəzərdə tutulub.

Layihədən görünür ki, hökumət gələn ilin büdcəsini də sərt qənaət tədbirləri üzərində qurub. Bundan əvvəl maliyyə naziri Samir Şərifov bildirmişdi ki, gələn ilin büdcəsində neftin barelinin qiyməti 40 dollar götürüləcək və xərclərə 2016-cı ilə nisbətən daha çox qənaət ediləcək.

Layihəyə əsasən gələn ilin büdcəsində ən kəskin ixtisar müdafiə xərclərində edilib. Belə ki, gələn il üçün müdafiə sektoruna 1 milyard 615 milyon 359 min 868 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, indiki məzənnə ilə təqribən 1 milyard ABŞ dolları edir. 

Müqayisə üçün qeyd edək ki, neftin ucuzlaşmasına baxmayaraq 2015-ci ildə Azərbaycanın hərbi xərcləri rekord həcmdə-2014-cü ilə nisbətən 27 faiz artırılaraq dollar ekvivalenti ilə 5 milyarda çatmışdı. 2014-cü ildə isə hərbi xərclər 3.7 milyard dollardan çox idi. 

Ümumiyyətlə, Azərbaycan 2004-cü ildən etibarən hərbi xərclərini hər il artırıb və nəticədə hərbi sahəyə Ermənistanın ümumi büdcəsinin gəlirlərindən ildə az qala 1.5 dəfə çox vəsait xərcləyib. Azərbaycanın hərbi xərcləri Ermənistanın hərbi xərclərini təqribən 8-10 dəfə üstələyib.


Bu baxımdan gələn il üçün büdcədə hərbi xərclərə dollar ekvivalenti ilə cəmi 1 milyard nəzərdə tutulması kəskin ixtisardır. Görünür bunun əsas səbəbi neftin ucuzlaşması ilə bağlı Azərbaycanın gəlirlərinin kəskin azalması ilə bağlıdır. 

Prezident İlham Əliyev çıxışlarında deyib ki, Azərbaycanın gəlirləri 4 dəfə azalıb, bu səbəbdən xərclər də azaldılmalıdır.  Və bu azalma ilk növbədə hərbi xərclərdə özünü göstərir.

Bəs hərbi xərclərin bu cür kəskin azaldılması Azərbaycanın müdafiə sektoruna necə təsir edə bilər?


Ötən illərdə Azərbaycan hərbi xərclərini rekord həcmdə artıraraq silahlı qüvvələrinin müasir silah və hərbi texnikaya olan tələbatını böyük ölçüdə ödəyib. 

Bu baxımdan gələn il hərbi xərclərin azaldılması xaricdən silah və texnikanın alınmasını məhdudlaşdırsa belə, ordunun döyüş potensialına ciddi təsir etməyəcək. Digər tərəfdən Azərbaycan dövləti zərurət yaransa hərbi sahəyə büdcədən kənar vəsaitləri, o cümlədən Neft Fondunun ehtiyatlarını da cəlb edə bilər.

Büdcə layihəsinə əsasən  Azərbaycanın məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2017-ci ilin dövlət büdcəsi xərclərinin 7,4 faizi həcmində və ya 1233,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 25,3 milyon manat və ya 2,1 faiz çoxdur. Təhsilə isə gələn ilin büdcəsində 1.86 milyard manata yaxın vəsait nəzərdə tutulub. 

Təhsilə ayrılan vəsait 2016-cı ildə ayrılan vəsaitə nisbətən cüzi çoxdur. Ümumiyyətlə, Azərbaycan son illərdə təhsilə ayrılan vəsaitləri hər il az da olsa artırmaqdadır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır