İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA

İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA
SOSİAL
16:06 21.11.2017
10683

Almaniyada mühacirətdə olan keçmiş deputat-oliqarx, "Quska” ləqəbli mafioz Hüseyn Abdullayevin daha bir cinayət əməlinin üstü açılıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda tanınmış jurnalist Eynulla Fətullayev yazıb. İddiaya görə, "Quska”nın qeyri-leqal yarımhərbi dəstəsinin üzvləri "Azərsun” prezidenti Abdolbari Goozalın ofisinə basqın edərək biznesmeni döyüb, seyfindən 180 min dollar aparıb. 

Jurnalist bu dəfə Hüseyn Abdullayevin növbəti cinayəti haqda yazıb. Yazıdan sitat: 

Qədim torpağın Culfa rayonunda toyxanalarda postsovet erası üçün nou-xau sayıla biləcək ionika instrumenti ilə naxçıvanlıları təəccübləndirən kasıb bir şoferin oğlu Guska günlərin bir günü Bakının bütün yanacaq bazarında inhisar qurmaq iddiasına düşdü. Tale Quska Abdullayevin üzünə gülümsədi də. 90-cı illərin sonuna qədər Quska nəinki metal, həm də yanacaq üzərində inhisara nail oldu. Yəqin ki, 90-cı illərdəki acınacaqlı səhnələr hamının yadındadı - Bakı küçələrində Quskanın küçə uşaqları benzini və dizeli vedrələrlə satırdı. Sonra bu vedrənin biri də Sərdar Cəlaloğlunun başında partladı...

Ancaq kustar üsullarla, heç bir sərmaye qoymadan, sadəcə dizeli satıb pulu cibə qoymaq kimi primitiv mexanizmin dövrü bitmək üzrə idi. Həm də bazara yeni biznesmenlər - Quskadan daha savadlı və Qərb menecmentini əxz etmiş iş adamları indiki prezidentliyə namizədə rəqib çıxmaq istədilər.

Onlarda biri Azərsun Holdinqin rəhbəri, hamının tanıdığı Abdolbari Gözəl idi. Təxminən 2000-ci ildə Fərhad və Rafiq Əliyevlər qardaşları ilə bərabər, Gözəl də Quskanın inhisara götürdüyü biznesə əl uzatmaq istədi. Və uzatdı da. O da daşınma biznesində kvota aldı.

Sağlam rəqabətə davam gətirməyən Quska, öz cinayətkar dəstəsini Gözəlin ofisinə göndərdi. Təxminən 2001-ci ilin payızında, Quskanın qanunsuz silahlı dəstəsi Gözəlin ofisinə soxuldu, biznesmenə qarşı zorakılıq etdilər, həm də məqami-cəngdən istifadə edərərək, iş adamının kabinetini qarət etdilər. Gözəlin seyfindən də 180 min dollar pul apardılar.

Məsələ şişdi. Bu haqda rəhmətlik Heydər Əliyevə məruzə etdilər. Qəzəblənmiş prezident faktiki olaraq Quskanı ev dustağına çevirdi. 2003-cü ilin oktyabrına qədər Quska Bilgəhdə bağında qaldı, Bakının həsrətini yaşadı... İndiki kimi... Yüngül cəza imiş deməli.


Jurnalistin bu iddiasına "Azərsun Holdinq"in biznesin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərovdan cavab gəlib: 

"Haqq və nahaq meyarlarını tez-tez dəyişən və bu anlayışları öz şəxsi maraqlarına uyğunlaşdıraraq hərəkət edən bir adamın dediklərinə reaksiya verməmək də olardı. Lakin danışdıqları nağıllara az da olsa inananların ola biləcəyini nəzərə alıb cavab veririk ki, dəyişkən mövqeyini az qala fəsillərə uyğunlaşdıran Eynulla Fətullayin "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl haqqında dedikləri başdan ayağa uydurmadır".
 
A.Səfərov bildirib ki, E.Fətullayevin yazdıqları həqiqətdən uzaqdır: "Belə bir hadisə olmayıb və ola da bilməzdi. Bunu iddia edən adam fərqinə varmalıdır ki, onun dediklərini ictimaiyyət artıq qeyri-ciddi qəbul edir, özünə və imzasına isə sayğısız yanaşır. Çünki hər kəsdə bir əminlik var ki, o, sabah tamam başqa havalara qol qaldırıb oynayacaq və bu gün dediklərinin tam əksini isbat etməyə meyillənəcək. Hələ ki, payız ruhundadır, qarşıda qışı, yazı, yayı var".
 
AZXEBER.COM 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"