33 yaşlı kapitan vəfat etdi - Foto

33 yaşlı kapitan vəfat etdi - Foto
SOSİAL
12:32 23.03.2026
482
Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib.

AZXEBER.COM-un  "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.

Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub. 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR