35 yaşlı kişini 8 manata görə öldürüblərmiş

35 yaşlı kişini 8 manata görə öldürüblərmiş
HADİSƏ
22:33 18.05.2025
371
Abşeronda iaşə obyektində törədilən qətlin təfərrüatları məlum olub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşüb. Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.

Hadisə baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.


OXŞAR XƏBƏRLƏR