Şüvəlanda Telman Ismayılovun şərəfinə möhtəşəm ziyafət verildi

ŞOU-BİZNES
12:36 09.04.2011
2483

Vətəninə axşam saatlarında gələn biznesmenin şərəfinə paytaxtın Şüvəlan kəndində yerləşən istirahət mərkəzlərinin birində möhtəşəm ziyafət təşkil olunub. Məclisdə, təkcə meyxanaçı Namiq Qaraçuxurlu səhnəyə çıxıb.

Trend Life-ın əldə etdiyi məlumata görə T.İsmayılovla yaxın dost münasibətlərində olan populyar Azərbaycan meyxançısı Namiq Qaraçuxurlu, gecəyarısına qədər dost məclisində repertuarında yer alan əksər musiqili meyxanalarını səsləndirib.

Dostlarından birinin oğlunun toy məclisinə qatılmaqdan ötrü Azərbaycanda olan iş adamı, hələ bir neçə gün Bakıda qalacaq.

 

OXŞAR XƏBƏRLƏR