Şəhvət hissi intellekti azaldır?

MARAQLI
19:14 14.01.2011
3438

Təcrübədə hindi donuzu heyvanlarından istifadə edilib. Belə ki, tədqiqatçılar cütləşmə dövründə heyvanların qanında sevgi və xoşbəxtlik hormonu olan oksitosin maddəsi aşkar ediblər və bunun beyinə təsirini araşdırıblar. Eksperimentə iki qrup heyvan cəlb edilib. Onların birində heyvanlar cüt, digərində isə tək olublar. İki həftəlik müşahidə zamanı bəlli olub ki, cüt yaşayan heyvanlar vərdişləri daha pis öyrənir, informasiyanı yaxşı yadda saxlamır, tək yaşayan heyvanlar isə labirintdə olan qidanı daha tez tapırdılar. Alimlər bildirirlər ki, cüt yaşayan heyvanlar diqqətlərini daha çox bir-birlərinə yönəltdikləri üçün labirintdə qidaya doğru aparan yolu yadda saxlaya bilmirdilər. Bundan əlavə heyvanlar cütləşməklə yanaşı, həm də stres keçirirdilər.

 

OXŞAR XƏBƏRLƏR