Şahmat üzrə Azərbaycan Komanda çempionatı başa çatıb

İDMAN
22:07 14.12.2010
2641

Şahmat üzrə Azərbaycan лomanda çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində 7 komandanın mübarizə apardığı çempionat dairəvi sistem üzrə keçirilib. Azərbaycan komanda çempionatının qalibi adına Bakı şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin komandası sahib çıxıb. İkinci yerə Göyçay, üçüncü pilləyə isə "Gənclik" komandası yiyələnib.


Qeyd edək ki, çempionatın baş hakimi beynəlxalq hakim Nurəli Məmmədzadə olub

 

OXŞAR XƏBƏRLƏR