Şahzadə azyaşlıların zorlandığı malikanədə dincəlib - FOTO

MARAQLI
12:29 02.03.2011
2297

Böyük Britaniya şahzadəsi Endryu ilə bağlı yeni qalmaqal yaranıb. Onun ABŞ-ın Florida ştatındakı Palm-Biç şəhərində yerləşən malikanədə dincəlməsi başına dərd açıb. Belə ki, 11 milyon dollarlıq malikanənin sahibi, milyarder Ceffri Epşteyn azyaşlı qızlara təcavüz etməkdə suçlanır.

York şahzadəsinin özünün də xidmətləri saatda 60 dollar məbləğində "qiymətləndirilən" və malikanəyə çağırılan massajçı qadınlara müraciət etdiyi vurğulanır.

Şahzadənin sabiq arvadı Sara Ferqüsson bu malikanədə olub.
Halbuki ev sahibi, 58 yaşlı Epşteyn 14 yaşına çatmamış 12 qıza təcavüzdə suçlanaraq həbs edilib.

{jcomments off}

OXŞAR XƏBƏRLƏR