Şahzadə toyunda maksimal təhlükəsizlik olacaq

Şahzadə toyunda maksimal təhlükəsizlik olacaq
ŞOU-BİZNES
10:51 19.04.2011
1816

Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Midltonun toyuna az bir vaxt qalıb. Aprelin 29-da keçiriləcək toyla əlaqədar Londonda Bukinqem sarayı və Vestminster Abbatlığı yaxınlığında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. İctimai yerlərdə xüsusi təhlükəsizlik dəstələri tərəfindən yoxlamalar aparılır. Bəy və gəlin paradının keçəcəyi yerlərdə partlayıcı qurğuların gizlədilə biləcəyi hər yer yoxlanılır.

London Metropolitan Hava Dəstəyi Briqadası havadan təhlükəsizliyi qoruyacaq, helikopterlərdən yüksək dəqiqliyə malik kameralar yerdəki polisə dəstək verəcək. Vestminster Abbatlığından Bukinqem sarayına gedən paradı izləmək üçün böyük izdiham toplaşacağından, təhlükəsizliyə maksimal diqqət yetirilir.

Təhlükəsizlik tədbirlərindən əlavə, Skotland Yard kral ailəsinə xoş münasibət bəsləməyən ayrı-ayrı şəxslərin də bəy və gəlin üçün təhlükə törətməsinin qarşısını almağa çalışır.

Son illərin ən çox gözlənilən toyuna Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın dəvəti ilə 50-dək xarici ölkə başçısı, eləcə də onlarla qohum, siyasətçi və nüfuzlu qonaqlar qatılacaq.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR