Şaxta Baba öz cangüdənini bıçaqladı

MARAQLI
10:37 08.01.2011
1985

Məlum olub ki, zərərçəkmiş Ə.İsayev hadisə baş verən parkda fəaliyyət göstərən Şaxta Babanın mühafizəçisidir. Ə.İsayevin işi ondan ibarətdir ki, o, gün ərzində Şaxta Babanın yaxınlığında fırlanaraq ona kimlərinsə "ilişməsinə" imkan vermir, əvəzində isə günün sonunda cibxərcliyi alır.

 Hadisənin baş verməsinə gəlincə isə, dünən günün sonunda bir nəfər Şaxta Babaya yaxınlaşaraq ondan siqaret istəyib. Sonra isə onu ələ salmağa başlayıb. Mühafizəçi İsayev isə "çörək ağacı"nın təhqir olunmasına müdaxilə edən zaman qarnına bıçaq sancılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Nizami rayon Polis İdarəsində əməliyat qrupu yaradılıb. Cinayəti törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri aparılır.

OXŞAR XƏBƏRLƏR